Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Antiterror tədbirləri zamanı yaralanan hərbçilər ziyarət edilib

5/5

  •        2023-cü il sentyabrın 19-da həyata keçkrilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan Xocalı rayonundan olan hərbi qulluqçularımız - Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada müalicə olunan "N" saylı hərbi hissənin komando briqadasının giziri Miriyev Surət Vəli oğlu və Yevlax Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan "N" saylı hərbi hissənin komando briqadasının giziri Zamanov Şəhriyar Sabir oğlu ilə görüş keçirilib.         Sentyabrın 26-da Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Tacir Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin zabiti, kapitan Toğrul Aşırlı və "Xocalı rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin qazilər və şəhid ailələri üzrə mütəxəssisi Sənan Məhəmmədli hərbi qulluqçularımıza baş çəkərək onların səhhəti ilə maraqlanıblar, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıblar.      Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 58 dəqiqəyə onları ağ bayraq qaldırmağa məcbur etdi. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi bərpa etmişdir. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    antiterror tədbirləri zamanı yaralanan hərbçilər ziyarət edilib

    Maraqlı gələ bilər
    102